Bu barədə nazirliyin sahibkarlara müraciətində bildirilir.

Müraciətdə həmçinin deyilir ki, investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır. İnvestisiya layihələri texniki iqtisadi əsaslandırma (Biznes Plan) ilə birlikdə təqdim edilməlidir.