İnşallah, Azərbaycanla iqtisadi sahədə yerli və milli valyutaya keçidimiz olacaqdır.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
“Yerli və milli sənayedə, inşallah, işlərimizi tamamlayacağıq, ikitərəfli münasibətlərimizlə yanaşı, Azərbaycanla Gürcüstan-Türkmənistan-İran və Pakistanla əməkdaşlıq mexanizmləri də çox vacibdir. Bu mexanizmlər də ölkəmiz və layihələrin təqibi üçün böyük əhəmiyyət daşıyır”, - Ərdoğan bildirib.