Xəbər lenti

 

2018-ci ildə özünüməşğulluq proqramına cəlb olunmuş ailələrdən 7267-si biznes planlarını uğurla müdafiə edib ki, bu da 2017-ci illə müqayisədə, 6,5 dəfə çoxdur. Bütövlükdə beş mindən çox ailə aktivlərlə təmin olunub.

 

Bizimaz.az Oxu.Az-a istinadən  xəbər verir ki,  bu fikirlər Prezident Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” adlı yazısında öz əksini tapıb.

O qeyd edib ki, ötən il bu proqrama cəlb edilənlərin 1300 nəfərə qədərini məcburi köçkün, 1000 nəfərdən çoxunu əlilliyi olan, 1000 nəfərə qədərini ünvanlı yardım alan şəxslər, 400 nəfərə qədərini sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər, 300 nəfərini müharibə veteranı, 160 nəfərini şəhid ailəsi üzvləri, 70 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlər və digərləri təşkil edib:

“Bu işlərin 2019-cu ildə də davam etdirilməsi və daha səkkiz min nəfərin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur”.

PA rəsmisi qeyd edib ki, ötən 15 il ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 6650, təkcə 2018-ci ildə isə nəzərdə tutulandan üç dəfə çox – 626 mənzil təqdim edilib. 

“Ölkə başçısının tapşırığına uyğun olaraq, 2019-cu ildə bu kateqoriyalardan olan şəxslərə azı 800 mənzil veriləcək”, - deyə S.İsmayılov yazıb.

10 Fevral 2025 Bu şəxslərin maaşına vergi güzəştləri edilir
06 Yanvar 2025 ƏDV yığanlara şad xəbər - Yeni sektor əlavə edildi
27 Dekabr 2024 Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi
05 Dekabr 2024 Bitkoinin qiyməti 100 min dolları keçdi
02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov