Xəbər lenti

  Azərbaycanda mənzilə tələbat yüksək olaraq qalır. Bunu nəzərə alan dövlət həm ipoteka kreditləri, həm də güzəştli mənzil proqramı, eləcə də, Dövlət İpoteka Zəmanət Fondunun vasitəsilə kirayə fondunun özəlləşdirilməsini təmin edən proqramlara başlayıb.

 

Ümumiyyətlə, Azərbaycanda nə qədər evsiz adam var? Ölkədə nə qədər mənzilə ehtiyacı olan insan var? Bu sualın rəsmi cavabı yoxdur, amma bəzi rəqəmlərlə fikir yürütmək olar.

Bizimaz.az Oxu.Az-a istinadən  xəbər verir ki, təkcə “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 10 242 nəfərdir və onlara cəmi 324 mənzil təklif olunurdu.

Elə bu göstərici mənzilə nə qədər böyük ehtiyac olduğunu göstərir.

Əldə olan rəsmi informasiyalar göstərir ki, bizdə əhalinin hər 1000 nəfərinə düşən mənzillərin sayı inkişaf etmiş ölkələrə nisbətən 2.5-3 dəfə aşağıdır. Məsələn, hazırda bizdə həmin göstərici orta hesabla 188-dir, amma Avropada 400-600 intervalında dəyişir.

Ekspert Rövşən Ağayevin sözlərinə görə, 2005-2017-ci illərdəki “mənzil bumu” zamanı belə tikilən mənzillərin sayı tələbatla müqayisədə az olub. Çünki əhalinin artım sürəti mənzillərin artım sürətindən xeyli çox olub.

“Məsələn, 1995-2017-ci illərdə öllkə əhalisi 29%, mənzillərin sayı 21% artıb. Başqa maraqlı məlumat budur ki, kənd yerlərində əhalinin hər 1000 nəfərinə 179, şəhərlərdə isə 204 mənzil düşür və şəhərlərdə 14% çoxdur. Rəsmi statistikaya görə, hazırda kəndlərdə 4.6 mln. nəfər yaşayır və 829 min mənzil var. Şəhərlərdə isə 5.2 mln. nəfərin 1.1 mln. ədədə yaxın mənzili var”.

Bir maraqlı fakt da odur ki, adambaşına mənzil sahəsinə görə ən aşağı göstərici Tərtərdə - 14 kv.metr, ən yüksək Abşerondadır - 24 kv.metr. Yəni ən aşağı və ən yüksək göstərici arasında az qala iki dəfə fərq var.

Ekspert Ramil Osmanlının açıqlamasına görə, Azərbaycanda hər üç təsərrüfatdan birinin  mənzilə ehtiyacı var.  

“Dövlət Statistika Komitəsinin rəqəmlərinə istinad etsək, Azərbaycanda adambaşına 18,1 kvadrat metr yaşayış sahəsi düşür. Amma mənzil fondunun bir hissəsi istifadəyə verilməmiş boş qalan mənzillər hesabına formalaşır. Həmin boş qalan mənzillərin sahəsini çıxsaq, daha kiçik bir göstərici alınar”.

Müqayisə üçün qeyd edək ki, bu rəqəm ABŞ-da 47-50 kv.metr,  Avropada 32-42 kv.metr, Rusiyada, Qazaxıstanda 30 kv.metrə yaxındır.

R.Osmanlı hesab edir ki, dövlət proqramları xətti ilə satışa çıxarılan mənzillər ümumillikdə Bakı şəhəri üzrə dövriyyədə olan ümumi mənzil fondunun 10 faizə qədərini təşkil edir və müəyyən mənada mənzillə təminatda böyük imkanlar açır. İpoteka Kredit Zəmanət Fondunun daxili imkanları hesabına bu işləri daha da genişləndirmək olar.

Qeyd edək ki, 2019-cu ildə ipoteka kreditlərinin verilməsi məqsədilə dövlət büdcəsində 150 milyon manat nəzərdə tutulub və həmin məbləğ müvəkkil banklar tərəfindən əhaliyə təqdim olunur.

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov