Etibarlılıq və dayanıqlıq üçün Mingəçevir SES-ə əlavə avtotransformator quraşdırılıb.
Bizimaz.az bildirir ki, Bu barədə Oxu.Az-a “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.
O bildirib ki, “Azərenerji” ASC enerji sisteminin “Reablitasiya Proqramı” çərçivəsində “Mingəçevir” Elektrik Stansiyasında (ES) təmir-bərpa işləri həyata keçirir:
“Stansiyada gərginliyi 220/110 kilovolt, (kV) gücü 200 meqavolt amper (MVA) olan avtotransormator, onun 220/110 kV-luq hücrələri, açarları, ayrıcları qurlaşdırılıb. Kür çayının üstü ilə keçməklə 780 metr məsafədə yüksək gərginlikli 110 kV-luq elektrik xətti çəkilib və avtotransformatora qoşulub.
Eyni zamanda, avtotransformator yeni müasir tipli rele mühafizəsi və avtomatikası sistemi ilə təmin edilib. Qeyd edək ki, dörd ildən artıq idi ki, 220/110 kV hissəsiyə əlavə avtotransformator qoşulmadığından birinci avtotransformator fasiləsiz işləyir, qəza riskini artırır və onun üzərində əsaslı təmir-bərpa işləri aparmaq olmurdu. İndi isə yükü digər avtotransformatorun üstünə keçirməklə istənilən təmir işini həyata keçirmək və fasiləsizliyi təmin etmək mümkündür.
Əlavə avtotransformatorun qoşulması ilə dayanıqlılıq və etibarlılıq təmin olunmaqla yanaşı, gərginlik də 2 kV artıb. Eyni zamanda, əlavə avtotransformatorun qoşulması Mingəçevir və ətraf regionlarda elektrik enerjisinin keyfiyyətliliyinə də müsbət təsir göstərib”.