Neftin qiyməti həftəyə bahalaşma ilə başlayıb və bu tendensiya davam edir.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycanın dünya bazarında satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,28 dollar və yaxud 0,42% artaraq, 63,98 dollar olub.
“Brent” nefti də bahalaşır və bu gün Bakı vaxtilə saat 11:30-da birjalarda satış qiyməti 0.15 dollar qalxaraq 62.66 dollar təşkil edib.
Qeyd edək ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.