Azərbaycan Mərkəzi Bankının ötən il mayın 24-dən tədavülə buraxdığı 200 manatlıq əskinasların dövriyyədə olan həcmi dekabr-yanvar aylarında təxminən 2 dəfə artıb.
Bizimaz.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov məlumat verib.
Onun sözlərinə görə, hazırda sözügedən əskinaslar dövriyyədə olan nağd pul kütləsinini 5%-ni (400 mln. manat) təşkil edir.