Bizimaz.az Publika.az-a istinad xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Agentliyin sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, bizim mədəniyyətimizdə çaydan daha çox istifadə olunur: "Enerji içkilərinin mənfi təsiri kofeinin miqdarından və onun həzmə sürətlə daxil olması ilə bağlıdır. Qəhvədə və çayda kofein olsa da, onlar isti içəcəkdir və isti olduğu üçün mədədən ani sorulmur. 80 faizdən yuxarı kofein tərkibli içkilər bir anda soyuq içki kimi bədənə daxil olur və dərhal həzm olunuraq oyanıqlıq hissi yaradır. Bununla da ürəyə qan ötürməsi sürətlənir və "yalançı sürətlənmə" əmələ gəlir. Bu da insan orqanizmin sağlamlığı üçün təhdiddir. Xüsusilə də hamilə qadınlar, uşaqların və idmanla məşğul olanların içməsi daha ziyandır.
İnsan gün ərzində 4 banka enerji içkisi qəbul edirsə gündəlik kofenin miqdarını aşmış olur. Soyuq çayın tərkibində 11mq kofein var, bu soyuq çayla müqayisədə 40 banka deməkdir".
Sədr bildirib ki, enerji içkilərinin markalanması zamanı kofein miqdarı və tərkibindəki bitkilər göstərilməlidir: "Tövsiyə edirik ki, enerji içkilərin reklamı da məhdudlaşdırılsın".