Çexiyanın tanınmış “Şkoda Transportation Group” şirkəti Azərbaycanda elektriklə işləyən avtobusların istehsalında maraqlıdır.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, “Şkoda Transportation Group” şirkəti ölkəmizdə elektriklə işləyən avtobusların müvafiq istehsalının qurulması ilə bağlı yerli tərəfdaşlara əməkdaşlıq təklifi ilə müraciət edib.
Şirkətin elektriklə işləyən avtobusların ölkəmizdə istehsalının qurulması təklifi ilə bağlı AZPROMO-ya daxil olmuş məktubuna baxılıb. Yerli sahibkarları məlumatlandırmaq məqsədilə sözügedən məlumatlar AZPROMO-nun internet səhifəsində yerləşdirilib.
Əməkdaşlıqda maraqlı olan azərbaycanlı iş adamları AZPROMO-ya müraciət edə bilərlər.