Bakının məşhur “Ay işığı” şadlıq sarayı satışa çıxarılıb.
Bizimaz.az xəbər verir ki, işlək vəziyyətdə olan sarayın satışı ilə bağlı əmlak.az saytında elan yerləşdirilib.
Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, əsas yolun kənarında 70 sot torpaq sahəsinin daxilində, 3 mərtəbəli və 2 böyük zalı olan hazır işlək şadlıq evi bütün avadanlıqları ilə birgə satılır.
Məlumata görə, restoran sahibinə təcili pul lazım olduğu üçün obyekti satışa çıxarıb.
Kupçalı obyekt 7 milyon manata satışa təqdim edilib.