2018-ci ilin yanvar-noyabr aylarında Rusiyadan Azərbaycana 2 400 ədəd minik avtomobili gətirilib.
Bizimaz.az bildirir ki, “Report”un məlumatına görə, bu barədə Rusiyanın “Avtostat” analitik agentliyinin hesabatında bildirilir.
Məlumata görə, Azərbaycana ixrac edilmiş avtomobillərin Rusiyanın ümumi avtomobil ixracında payı 9,2%-ni təşkil edir.
Belə ki, 11 ay ərzində Rusiyadan digər ölkələrə ümumilikdə 26 min minik avtomobili ixrac edilib. İxracın 70%-i 5ölkənin payına düşüb. Siyahıya liderliyi Çexiya edir. Bu ölkəyə 6 300 ədəd minik avtomobili ixrac edilib.
2-ci yerdə Ukrayna (3 800 ədəd), 3-cü yerdə Özbəkistan (3 100 ədəd), Latviya (2 900 ədəd), 5-ci yerdə isə Azərbaycan qərarlaşıb.
Növbəti yerləri isə Serbiya (577 ədəd), Estoniya (515 ədəd), Slovakiya (505 ədəd), İraq (500 ədəd) və Macarıstan (443 ədəd) tutub.