“Bakı Fond Birjası” QSC-də (BFB) “Nikoil Bank” ASC-nin səhmlərinin alqı-satqısına dair əqd bağlanılıb.
Bizimaz.az bildirir ki, BFB-dan verilən məlumata görə, əqd Bankın hər birinin nominal dəyəri 2 manat olan 26 mln. ədəd yeni səhminin realizə edilməsini nəzərdə tutur.
Son nəticədə “Nikoil Bank”ın nizamnamə kapitalı 8,8% artaraq 296 mln. manatdan 348 mln. manata yüksəlib.
Qeyd edək ki, 2018-ci ilin 3-cü rüb göstəricilərinə əsasən bank 79 mln. 901 min manat zərər açıqlayıb.
Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən “Ülpər” kommersiya bankının bazasında 2002-ci ildə yaradılıb. Bankın səhmdarları “Topaz Investments” QSC, Marina Kulişova və “ISR Holding” MMC-dir.