Xəbər lenti



Azərbaycan 2018-ci ilin yanvar-noyabr aylarında 17 milyard 900 milyon dollar məbləğində məhsul ixrac edib.

 

Bizimaz.az  oxu.az-a istinadla xəbər verir ki, bu haqda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın dekabr buraxılışında deyilir.

2018-ci ilin yanvar-noyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 145 milyon ABŞ dolları və ya 10,5 faiz artıb. Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 555,4 milyon, Türkiyəyə 321,3  milyon, İsveçrəyə 123,3 milyon, Gürcüstana 117,1 milyon və Qazaxıstana 41,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə, 2018-ci ilin 11 ayı ərzində ən çox Azərbaycan qeyri-neft məhsulları idxal edən ölkələrin beşliyinə Rusiya (12% artım, 555,4 milyon dollar), Türkiyə ( 22% artım, 321,3 milyon dollar), Qazaxıstan  ( 41,1 milyon dollar, 42% artım), İsveçrə (8% azalma, 123,3 milyon dollar), Gürcüstan (117,1 milyon dollar, 3% azalma) daxildir.

Təqdim olunmuş məlumatlara əsasən, 2018-ci ilin 11 ayı ərzində qeyri-neft sektoruna aid malların ixracat strukturunda pomidor (162,2 mln.dollar) üstünlük təşkil edib. Qızıl ikinci (107,2 milyon dollar), xurma (89,1 milyon dollar) isə üçüncü yerdə göstərilib.

 

Bütövlükdə, cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda daha çox meyvə-tərəvəz (495 milyon dollar), plastmas və plastmas məmulatları (110,3 milyon dollar), alüminium və alüminium məmulatları (106,6 milyon dollar), elektrik enerjisi (65 milyon dollar), qara metal və metal məmulatları (78,9 milyon dollar),  pambıq lifi (70,9 milyon dollar), kimya sənayesi məhsulları (73, 3 milyon dollar), pambıq ipliyi (21,3 milyon dollar) ixrac edib.

Bu ilin noyabr ayında qeyri-neft sektoru məhsullarının ixracat həcmi 181 milyon dollar təşkil edib. Bu ay ən çox qeyri-neft məhsulları Rusiyaya (88,4 milyon dollar), Türkiyəyə (27,5 milyon dollar), Gürcüstana (10,6 milyon dollar), İsveçrəyə (8,9 milyon dollar) və Ukraynaya (7,8 milyon dollar) ixrac olunub.

Ötən ayda olduğu kimi, noyabrda ölkə hüdudlarından kənarda ən çox tələb olunan məhsul  xurma olaraq qalır (45,2 milyon dollar). İkinci yerdə fındıq (14,5 milyon dollar), üçüncü yerdə  pomidor (12,3 milyon dollar) gəlir.

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov