Bizimaz.az report-a istinadən xəbər verir ki, ilk 10-luqda Minsk (Belarus), Bakı (Azərbaycan), Astana (Qazaxıstan), İrəvan (Ermənistan), Almatı (Qazaxıstan), Daşkənd (Özbəkistan), Bişkek (Qırğızıstan), Kişinyov (Moldova), Düşənbə (Tacikistan) və Aşqabad (Türkmənistan) şəhərləri yer alıb.
Reytinq cədvəli turizm səfərlərinin sayı əsasında tərtib olunub.
Məlumatda, həmçinin deyilir ki, turistlər arasında daha çox Belarusdakı Loqoysk və Siliçi, Azərbaycandakı Şahdağ və Tufandağ, Qazaxıstandakı Çimbulak turizm mərkəzləri məşhurdur.
İstirahətə gedənlər ucuz turlar üçün Özbəkistan və Moldovanı, alış-veriş üçün Bakı və Astananı seçirlər. Səfərlər adətən 3-7 gün çəkir. Turistlərin gündəlik xərci 50-100 ABŞ dolları arasında olur.