Rusiya və Azərbaycan neft hasilatıyla bağlı birgə müəssisələrin yaradılmasını planlaşdırır.
Bizimaz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.
“Rusiya Azərbaycan iqtisadiyyatına ən fərqli formalarda, o cümlədən müştərək müəssisələr formasında 4,2 milyard dollar investisiya yatırıb. İstərdik ki, müəssisələrimiz Azərbaycan iqtisadiyyatının diversifikasiya üçün sənaye sferasına da yatırım etsinlər. Bizim ölkələr arasında ticarət həm də mübadilə etdiyimiz və neft-qazla bağlı olmayan əsas ticarət malları üçün də vacibdir”, – deyə o bildirib.
O, sənaye istehsalının inkişafına dəstək göstərəcək müəssisələrə Rusiya dövlətinin kömək edəcəyini söyləyib.
Boçarnikov həmçinin kənd təsərrüfatı sferasında maşınqayırma ilə bağlı müəssisələrin yaradılmasının planlaşdırıldığını da deyib.