Xəbər lenti

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlaka ilk investisiyalar etdiyi tarixdən indiyədək 5,8 faiz, son beş il ərzində isə 4,6 faiz gəlirlilik əldə edib.

 

Bizimaz.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Dövlət Neft Fondundan məlumat verilib.

Bildirilib ki, ARDNF investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə 2012-ci ildən etibarən daşınmaz əmlaka investisiyalara başlayıb:

“Daşınmaz əmlak investisiyalarının çox mərhələli proses olması, bu tip investisiyaların uzunmüddətli olması, bazarda müxtəlif iqtisadi tsiklların mövcudluğu kimi səciyyəvi cəhətlər nəzərə alınaraq ARDNF-nin daşınmaz əmlak portfeli qurulan zaman onun effektiv diversifikasiya olunmaqla dayanıqlı olması əsas götürülüb.

ARDNF ilkin olaraq daşınmaz əmlak investisiyalarını bu sahədə kifayət qədər inkişaf etmiş ölkələrin aparıcı şəhərlərinin əsas biznes mərkəzlərində yerləşən, nisbətən az riskli, sabit gəlirliliklə müşayiət olunan kommersiya təyinatlı daşınmaz əmlakların birbaşa alınması yolu ilə həyata keçirib.  ARDNF daşınmaz əmlak portfelinin coğrafi mövqe, daşınmaz əmlak aktivlərinin növü və aktivlərin risklilik dərəcəsi üzrə diversifikasiyasının təmin olunması məqsədi ilə 2015-ci ildən etibarən inkişaf etmiş bazarlarda fəaliyyət göstərən, müxtəlif strategiyalarla müxtəlif daşınmaz əmlak sektorlarına yatırım edən dünyanın qabaqcıl daşınmaz əmlak fondlarına investisiya qoyuluşuna başlayıb. 2016-cı ildən isə daşınmaz əmlaka müştərək investisiyalara başlanılıb. Daşınmaz əmlak portfelinin orta və uzun müddətli gəlirlilik göstəriciləri üzrə müsbət tendensiyalar müşahidə olunub”.

Pandemiyanın fondun gəlir həcmlərinə təsiri barədə məlumat verilərkən əlavə edilib ki, daşınmaz əmlak bazarlarında müxtəlif iqtisadi tsikllar mövcud olduğundan bəzi illərdə bazarın inkişafı aşağı düşür və bu da itkilərin olmasına gətirib çıxara bilər:

“COVID-19 pandemiyası qlobal bütün sahələrə olduğu kimi daşınmaz əmlak sahəsinə də mənfi təsir edib. Son bir il ərzində dünyanın aparıcı daşınmaz əmlak bazarlarında qiymətlərin və icarə haqlarının aşağı enməsi tendensiyası müşahidə olunub və bu sahəyə investisiyalar həyata keçirən qurumlarda olduğu kimi ARDNF-nin də daşınmaz əmlak portfelinin gəlirliliyinə təsir edib”.

Fondun ötən il satışa çıxardığı yüksək gəlirli əmlakından əldə edilən vəsaiti investisiyalara yönəldəcəyi qeyd edilib:

“ARDNF-nin investisiya portfelinə daxil olan alt portfellərin hər biri üzrə hər il müvafiq olaraq investisiya strategiyası hazırlanır və investisiyalar həmin strategiyaya uyğun olaraq həyata keçirilir. Seuldakı “Payn Avenyu A” qülləsinin satışı da adıçəkilən strategiyaya uyğun həyata keçirilmiş və əldə olunan kapital da müvafiq istiqamətli investisiyalara yönəldiləcək”.

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov