Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə qərarda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına dəyişiklik edilib.
Qüvvədə olan qərara əsasən, yol vergisi xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilirdi. Dəyişikliyə əsasən, avtomobilin xarici dövlətlərdə qeydiyyatda olmasının nəzərə alınması şərti əlavə olunur.
Beləliklə, əsasən, yol vergisi artıq xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödəniləcək.