“Bu gün “Aİ Biznes Mühiti Hesabatı 2020” sənədinin təqdimatı keçirildi”.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.
“Azərbaycanda təmsil olunan Avropa İttifaqı şirkətlərinin 80 faizindən çoxu iqtisadi fəaliyyət üçün yenidən ölkəmizi seçmək niyyətini ifadə edib (ötən il 75 faizi təşkil edirdi). Bu, dövlətimizin artan nüfuzunun daha bir göstəricisidir”, - deyə o bildirib.