Bu gün bizə yüzlərlə vətəndaş müraciət edir ki, mən mal gətirməmişəm, amma mənim adıma mal var və mənim limitim dolub.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib. Onun sözlərinə görə, elektron idarəetmə sistemlərinin (smart custom) işə düşməsi yüzlərlə vətəndaşın adına başqalarının mal gətirmə şansını ortadan qaldırır.

“Yəni işbazlar aradan çıxarılacaq. Hal-hazırda bu xidmət yüksək səviyyədə qurulur, inkişaf dairəsi genişləndirilir. Bizim layihələrimizin əsas istiqaməti vətəndaşın sifariş verdiyi məhsulu öz ünvanına gətirməsidir. Biz araşdırma aparırıq, vətəndaşlar harada problemlə üzləşir? Bunun da obyektiv və subyektiv səbəbləri araşdıranda məlum olurdu ki, bunu 30%-i bizdədisə, 70%-i daşıyıcı şirkətlərin üzərindədir.

Amma indiki smart custom tətbiqi ilə vətəndaş sifariş verdiyi məhsulu gömrük orqanlarına bəyan edərkən, ona avtotəsdiq gedir ki heç bir qurumun onula işi yoxdur. Heç bir şəkildə vətəndaşı daşıyıcı şirkət aldada bilməz ki, mal gömrükdədir, gömrük malı buraxmır. Siz malı sifariş vermisiz, bəyan etmisiz, mal artıq sizin qapıya gəlməlidir”, - deyə DGK sədri əlavə edib.