Xəbər lenti

Bu müəssisələrdən Rusiyaya alma ixrac olunacaq
 

Azərbaycandan Rusiyaya ixrac olunan bəzi qida  məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

 

Bizimaz.az bildirir ki, bu barədə “Qafqazinfo”ya AQTA-dan məlumat verilib. Bildirilir ki, AQTA və Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) arasında aparılan müzakirələr və Agentlik tərəfindən təqdim olunmuş məlumatların təhlili nəticəsində 8 fevral 2021-ci il tarixindən daha 27 müəssisədən - “Man Aqro” MMC, “Cənnət Aqro” MMC, “Şirin Aqro” MMC, “Agro İnternational” MMC, “Şimal Kəndli Fermer Təsərrüfatı” MMC, “Ulu Aqro” MMC, “Aqro Kompleks Qəbələ” MMC, “Balacabns” MMC, “Yaşıl Ranço” MMC, “Vitamin Vio” MMC, “Zərdabi adına Elmi Təcrübə Bazası” MMC, “Agroexim” MMC və Quliyeva Sərfinaz Mədət qızı, Əhmədov Vüqar Həmdulla oğlu, Əhmədov Vüqar Həmdulla oğlu, Əzizov Vüsal Natiq oğlu, Əliyev Zeynal Hacıməmməd oğlu, Məhərrəmova İradə Əmir qızı, Məmmədzadə Bayram Nüsrət oğlu, Məmmədov Bəylər Ağalar oğlu, İmanquliyev Qoşqar Bəkir oğlu, Əlihüseynov Elmar Əlfəddin oğlu, Zalov Eldar Rəsul oğlu, Kərimova Fidan Paşa qızı, Soltanov Rafiq Ağarəhim oğlu, Şıxkərimov Vüqar Zülfüqar oğlu, İbrahimov Mehman Cəfər oğluna məxsus müəssisələrdən Rusiya Federasiyasına alma ixracına icazə verilib.

Hazırda AQTA ilə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.

Xatırladaq ki, daha əvvəl 51 pomidor, 10 alma istehsalı müəssisəsindən də Rusiyaya məhsul ixracına icazə verilib. Beləliklə, bu ölkəyə alma ixracı üçün icazə verilən müəssisələrin sayı 37-yə çatıb.

10 Fevral 2025 Bu şəxslərin maaşına vergi güzəştləri edilir
06 Yanvar 2025 ƏDV yığanlara şad xəbər - Yeni sektor əlavə edildi
27 Dekabr 2024 Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi
05 Dekabr 2024 Bitkoinin qiyməti 100 min dolları keçdi
02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov