“2020-ci ildə ölkəyə gələn əcnəbilərin sayında dörd faiz azalma müşahidə edilir”.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə ölkəyə 3 170 321 nəfər gəlib.
“Ötən il ölkəyə gələn əcnəbilərin 22 515 nəfəri Rusiya Federasiyası, 184 253 nəfəri Gürcüstan, 160 513 nəfəri Türkiyə, 72 796 nəfəri İran, 16 954 nəfəri Ukrayna, 136 030 nəfəri digər ölkələrin nümayəndələridir”, - deyə rəis qeyd edib.
O qeyd edib ki, hazırda ölkəmizdə 118 409 əcnəbi yaşayır:
“Ölkədə hazırda yaşayan əcnəbilərin 44 805 nəfər Rusiya, 38 698 nəfər Gürcüstan, 11 293 nəfər Türkiyə, 4 145 nəfəri Ukrayna, 2 662 nəfər İran, 16 806 nəfəri isə digər ölkələrin nümayəndələridir”.