Xəbər lenti

 

Nazirlər Kabinetinin 4 iyun 2019-cu il tarixli qərarı ilə “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”, “Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları” və “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi Qaydası” təsdiq edilib və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər qarşısında tələblər müəyyən olunub.

 

Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin səmərəlilik göstəricilərinin illik proqnoz (hədəf) göstəriciləri banklar və digər kredit təşkilatları, sığortaçı və təkrar sığortaçılar, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, investisiya fondları və lisenziyalaşdırılan ödəniş sistemlərinə münasibətdə Maliyyə Sabitliyi Şurası ilə, digər hüquqi şəxslərə münasibətdə isə Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli qərarı ilə yaradılmış Komissiya ilə razılaşdırılaraq təsdiq edilməlidir. Həmçinin Qaydanın 4.2-ci bəndinə əsasən, illik səmərəlilik göstəricilərinin proqnoz (hədəf) göstəriciləri hüquqi şəxsin Müşahidə Şurası (Direktorlar Şurası) tərəfindən təsdiq olunduqdan sonra hesabat ilindən əvvəlki ilin noyabr ayının 1-nə qədər “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli qərarı ilə iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə yaradılmış Komissiyanın Katibliyinə təqdim edilməlidir.

Komissiyanın Katibliyinin funksiyalarının həyata keçirilməsi Maliyyə Nazirliyinə həvalə edilib. Qərarla Komissiyaya iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının ilkin layihələrinin tərtibi, müzakirəsi, qiymətləndirilməsi və təsdiqi, təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatların Komissiyada müzakirəsi ilə bağlı işlərin həyata keçirilməsi tapşırılıb.

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nın 5.11-ci bəndinə əsasən, hüquqi şəxslər Səmərəlilik göstəricilərinin, Səmərəlilik göstəricilərinin proqnoz (hədəf) göstəricilərinin və Fəaliyyətin səmərəlilik əmsalının hesablanması ilə bağlı sənədləri bu Qaydanın 4.1-ci bəndində göstərilən aidiyyəti qurumlara hesabat ilindən sonrakı ay ərzində təqdim edir. Həmin Qaydanın 4.1-ci bəndində göstərilən aidiyyəti qurumlar təqdim olunan sənədlər əsasında ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-nə qədər Səmərəlilik göstəricilərinin, Səmərəlilik göstəricilərinin proqnoz (hədəf) göstəricilərinin və Fəaliyyətin səmərəlilik əmsalının hesablanmasının monitorinqini həyata keçirir.

Paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyətlər Nazirlər Kabinetinin 4 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, səmərəlilik göstəricilərinin 2021-ci il üzrə illik proqnoz (hədəf) göstəricilərini razılaşdırılmaq üçün avqust ayının 1-nə qədər Komissiyanın Katibliyi funksiyasını həyata keçirən Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

10 Fevral 2025 Bu şəxslərin maaşına vergi güzəştləri edilir
06 Yanvar 2025 ƏDV yığanlara şad xəbər - Yeni sektor əlavə edildi
27 Dekabr 2024 Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi
05 Dekabr 2024 Bitkoinin qiyməti 100 min dolları keçdi
02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov