“Düdelanj” Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la matçda baş verən erməni təxribatına görə Ağdam klubundan üzr istəyib.
Bizimaz.az: Oxu.Az xəbər verir ki, klubun rəsmi “Twitter” hesabında üzrxahlıq edilərək bunlar yazılıb:
“Azərbaycanlı qonaqlardan üzr istəyirik. Bizim bu təxribatla heç bir əlaqəmiz yoxdur. Araşdıracağıq”.
Daha sonra klub bunun “Armenian Ultras“ fanatları tərəfindən edildiyini açıqlayıb.
Xatırladaq ki, matçın 31-ci dəqiqəsində separatçı Dağlıq Qarabağ rejiminin bayrağı dronla meydançanın üzərinə gətirildikdən sonra stadionda ara qarışıb və görüşdə 20 dəqiqəlik fasilə yaranıb.