İtaliyanın Milan şəhərində ilin ən yaxşı futbolçuları açıqlanıb.
Bizimaz.az: Oxu.Az xəbər verir ki, FIFA tərəfindən keçirilən, milli komandaların baş məşqçiləri, kapitanları və jurnalistlərinin səsverməsinə əsasən qalibləri müəyyənləşdirilən “The Best” mükafatının sahibləri bilinib.
Kriştianu Ronaldunun qatılmadığı tədbirdə argentinalı ulduz Lionel Messinin qalib olduğu açıqlanıb. Messi altıncı dəfə ilin ən yaxşısı seçilib və bununla da dünyada ən çox bu mükafata layiq görülən futbolçu olub.
Xatırladaq ki, o daha əvvəl 2009, 2010, 2011, 2012 və 2015-ci illərdə bu mükafata yiyələnmişdi.
İlin məşqçisi – Yürqen Klop (“Liverpul”)
İlin qadın məşqçisi – Cil Elis (ABŞ millisi)
İlin futbolçusu – Lionel Messi (“Barselona”)
İlin qadın futbolçusu – Meqan Rapinou (ABŞ millisi)
İlin qapıçısı – Alison Beker (“Liverpul”)
İlin qadın qapıçısı – Sari van Veenendaal (Hollandiya millisi)
İlin ən yaxşı qolu (“Puşkaş” mükafatı) – Daniel Jori (“Debretsen”də oynayarkən “Ferentsvaroş”a vurduğu qol)
İlin Feyr-Pleyinə əməl edən komandası – “Lidz Yunayted” (İngiltərə)
İlin azarkeşi – Silvia Qrekko (Braziliya)
Həmçinin, ilin kişi və qadın futbolçularından ibarət rəmzi komandasının heyəti açıqlanıb. Kişi komandasının rəmzi heyəti belədir:
Qapıçı: Alisson Beker (“Liverpul”);
Müdafiəçilər: Vircil van Deyk (“Liverpul”), Serxio Ramos (“Real”), Marselo (“Real”), Mateys de Lixt (“Yuventus”);
Yarımmüdafiəçilər: Frenki de Yonq (“Barselona”), Luka Modriç (“Real”), Eden Azar (“Real”);
Hücumçular: Lionel Messi (“Barselona”), Kriştianu Ronaldu (“Yuventus”), Kilian Mbape (PSJ).