Azərbaycanın həvəskarlar arasında üçqat dünya çempionu, Olimpiya mükafatçısı, tanınmış boksçu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə ilk döyüşünü keçirib.
Bizimaz.az xəbər verir ki, 32 yaşlı boksçu Nyu Yorkda amerikalı Ed Fauntinlə üz-üzə gəlib.
Məcidovun peşəkar rinqdəki debütü qələbə ilə başa çatıb. O, döyüşün dördüncü raundunda rəqibini texniki nokautla məğlub edib.
Qeyd edək ki, “Matchroom Boxing USA” şirkəti ilə uzunmüddətli müqavilə imzalayan M.Məcidov tanınmış promouter Edi Heynlə çalışır.
istinad