AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında III turun "Neftçi" - "Sumqayıt" matçında baş verənlərlə əlaqədar tədbir görüb.
Bizimaz.az Axar.az-a istinadən həmin qərarları təqdim edir:
“1 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın III turunun “Neftçi” – “Sumqayıt” matçının 82-ci dəqiqəsində “Sumqayıt” klubunun 17 №-li futbolçusu Murad Xaçayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47).
Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47).
Oyunun 90+4-cü dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 37.2).
Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun məşqçisi Etibar Tarıverdiyev rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə 20 oyun cəzalanır, klub 16000 manat cərimə olunur (maddə 37.8), (maddə 37.10), (maddə 17.8).
“Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında aqressiv fikirlər səsləndirdiyinə görə, İntizam Komitəsinin 28 avqust 2019-cu il tarixli iclasında Ayxan Abbasov haqqında çıxarılmış ciddi xəbardarlıq qərarı da nəzərə alınmaqla 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.
Oyun başa çatdıqdan sonra “Neftçi” klubuna aid olan, amma A buraxılış vəsiqəsi olmayan şəxslər meydana daxil olduğu üçün klub 800 manat cərimə olunur (maddə 49.6)”.