FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Misir Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Zamalek" və "İttihad" komandaları arasında keçiriləcək oyunu idarə edəcək.
Bizimaz.az xəbər verir ki, bununla bağlı Azərbaycan Futbol Federasiyası Assosiasiyası məlumat yayıb.
Qarşılaşma sentyabrın 1-də İsmailia şəhərindəki eyniadlı stadionda təşkil olunacaq. Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Oyunun dördüncü hakimi Elçin Məsiyev olacaq.
istinad