Türkiyə Superliqasında 3-cü tura start verilib. Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, turun açılış matçında “Kayserispor” öz meydanında “Qalatasaray”la qarşılaşıb.
Gərgin keçən matçda baş hakim Mustafa Öğretmenoğlu 5 qırmızı, 14 sarı vərəqə göstərib. Onlardan üçün “Kayserispor”, biri “Qalatasaray” futbolçusuna göstərilib. Bundan başqa “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin köməkçisi Ümit Davala da qırmızı vərəqə ilə cəzalandırılıb və texniki zonadan qovulub.
5 qolun vurulduğu oyunda “Qalatasaray” 8 nəfər qalan rəqibini çətinliklə olsa da 3:2 hesabı ilə məğlub edib. Bu oyundan sonra “Qalatasaray” xalını 4-ə yüksəldib, “Kayserispor” isə 1 xalda qalıb.
"Kayserispor" - "Qalatasaray" - 2:3 Qollar: Pedro, 37 (1:0), Belhanda, 66-pen (1:1), Babarl, 87 (1:2), Bulut, 90+1 (2:2), Adem Büyük, 90+8 (2:3) Qırmızı vərəqələr: Abdennour, 65-ikinci sarı vərəqə, Pedro, 74-ikinci sarı vərəqə, Umut Bulut, 90+4 - ikinci sarı vərəqə (hamısı "Kayserispor"), Emre Mor, 89-ikinci sarı vərəqə ("Qalatasaray"), 90+9 - Ümid Davala (məşqçi, “Qalatasaray”)