Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında cüdoçularımız bu gün üç medal qazana bilər.
Bizimaz.az: Oxu.Az xəbər verir ki, bu gün üç idmançı ilə yarışa qatılan cüdoçularımız medal şanslarını saxlayıblar.
Belə ki, Aytac Qardaşxanlı (-57 kq) yarımfinala kimi irəliləsə də, rusiyalı Kseniya Qalitskayaya uduzub. İdmançımız bu üzdən bürünc medal uğrunda rumıniyalı Florentina İvanesku ilə qarşılaşacaq.
Mətin Rzazadə (-66 kq) da bürünc medal uğrunda görüşəcək. Təsəlliverici yarışda Kosovo və Çexiyadan olan rəqiblərini məğlub etmiş Mətin bürünc medal üçün macarıstanlı Daniel Seqedi ilə görüşəcək.
Bayraqdarımız Vüqar Talıbov (-73 kq) isə ümidləri doğruldub. Yeniyetmələrin Olimpiya çempionu olan Vüqar bütün rəqiblərinə qalib gələrək finala çıxıb.
Qeyd edək ki, dünən Azərbaycan millisi cüdoda bir qızıl və iki bürünc medal qazanıb.