Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan atleti finala çıxıb.
Qadınların üçtəkanla tullanma yarışında Sabrina Zralova təsnifat mərhələsində 12,23 metr nəticə göstərib.
Onun nəticəsi idmançımızın iyulun 26-da keçiriləcək finalda yarışmasına imkan verib.
Qeyd edək ki, Lamiyə Vəliyeva və Əli Abdıyev 200 metr məsafəyə qaçışda XIV yeri tutub və finala vəsiqə qazana bilməyiblər.(oxu.az)