21-27 iyulda Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalında 3600-ə yaxın idmançı və komanda rəsmiləri iştirak edəcək.
Bizimaz.az : Oxu.Az xəbər verir ki, bu yarışlarda 10 idman növü üzrə 12 idman obyektindən istifadə olunacaq.
Yarışlar zamanı 136 könüllü fəaliyyət göstərəcək. 351 media orqanı bu yarış üçün qeydiyyatdan keçib. Bunlardan 84-ü beynəlxalq, 267-si isə yerli media orqanıdır. Yarışı Azərbaycan da daxil olmaqla, Avropanın 27 ölkəsi işıqlandıracaq.