Xəbər lenti


 Futbol idmanın nəinki ən mənzərəli, eyni zamanda böyük kapital cəlb edilən ən bahalı növlərindən biridir. 

 

“Deloitte” şirkəti özünün illik “Annual Review of Football Finance 2019” hesabatını təqdim edib ki, bunun da əsasında analitiklər futbol industriyasında maliyyə tendensiyasını araşdırıblar. 
 
Hesabatda bildirilir ki, futbol klubları uğur əldə etmək üçün maliyyə də daxil olmaqla, bütün mümkün vasitələrdən istifadə edirlər.
 
Avropanın 8 ən zəngin futbol klubunu təqdim edirik:
 
1.İngiltərə futbol liqası
 
 
2017-2018 mövsümünün gəliri:  5 440 milyon avro
 
Klublar öncəki mövsümdən əldə olunan gəliri xərcləyirlər, eyni zamanda da maaşlar 15% artaraq 3,2 mlrd avro təşkil edib. Bu, İngiltərə futbol liqasında maaşların gəlirə nisbətinin 59% təşkil etməyinə gətirib çıxardı. Üç klub 100 mln avronu keçən rekord əməliyyat gəliri barədə hesabat verib.
 
2. Bundesliqa
 
 
2017-2018 mövsümünün gəliri:  3 168 milyon avro
 
Bundesliqa klubları Avropanın “Böyük beşliyinin” bütün liqaları arasında maaşın gəlirə ən az nisbəti ilə (53%) fərqlənirlər, belə ki, maaşların artırılmasına ayrılan vəsait gəlirə müvafiq artırılırdı.
 
Ümumi xərclər 200 mln avro artıb, belə ki, klublar özlərinin əlavə gəlirlərini yeni istedadlı oyunçuların cəlb edilməsinə və artıq mövcud istedadlı oyunçuların saxlanılmasına investisiya ediblər.
 
3. “La Liga”, İspaniya Çempionatı
 
 
2017-2018 mövsümünün gəliri:  3 073 milyon avro
 
“La Liga” klubları maaşlara edilən xərcləri üç il ardarda 20% artırıblar. Maaşların artımı, demək olar, gəlirin artımı ilə eyni olub. Gəlir isə əsasən 2015-2016 və 2016-2017-ci illərin mövsümləri ərzində aparılan teleyayımlar hesabına artıb.
 
“La Liga” klublarının ümumi xərcləri ilk dəfə olaraq 2 mlrd avronu keçib. Artım 340 mln avro təşkil edib.
 
Belə ki, “FC Barcelona”-nın maaşlara edilən xərclər 40% artaraq 500 mln avro təşkil edib, bu da iri müqavilələrin yenilənməsi və transferlərlə bağlıdır.
 
4. İtaliya Çempionatı
 
 
2017-2018 mövsümünün gəliri: 2 217 milyon avro
 
A seriyasının klublarının 2017-2018-ci il mövsümündə  maaşlarına edilən xərclər “Böyük beşliyin” klubları arasında ən zəif sürətlə artıb. 
 
Maaşların gəlirə nisbəti 66%-dək azalıb ki, bu da 2005-2006-cı illərin mövsümündən bəri ən aşağı göstəricidir.
 
Yeddi klub 2017-2018-ci il mövsümündə maaşlara edilən xərclərin azaldılması, ümumi xərclərin isə 5% artması barədə hesabat verib.
 
5. Fransa Çempionatı
 
 
2017-2018 mövsümünün gəliri: 1 692 mln avro
 
“Ligue 1” klubları 2017-2018-ci il mövsümündə xərclərin sürətlə – öncəki mövsümlə müqayisədə 17% artması barədə hesabat veriblər. 
 
Klublar investisiyalarını oyunçuların maaşlarının artırılması, eləcə də yeni istedadların axtarılmasına yatırıb.
 
“Marseille” klubunda maaşlara edilən xərclər 43% artaraq, 125 mln avrodan çox olub, PSG-nin maaşlara edilən xərcləri 60 mln avroya yaxın təşkil edib. “Monaco” klubu da xərcləri 30%-dan çox artırıb.  
 
6. Rusiya Çempionatı
 
 
2017-2018 mövsümünün gəliri: 813 mln avro
 
Rusiya premyer-liqası Türkiyə Çempionatını ötərək, Avropada 6-cı yeri tutub. Bu, 33% artıma gətirib çıxaran teleyayım müqavilələrinin bağlanması ilə əlaqədardır. 
 
7. Türkiyə Çempionatı
 
 
2017-2018 mövsümünün gəliri: 731 mln avro
 
Türkiyədə 2017/18 mövsümü yeni teleyayım müqavilələri ilə yadda qalıb. Bu yayımlar nəticəsində növbəti 5 mövsüm ərzində gəlirlər, demək olar, hər mövsümdə 250 mln avroya qədər artıb.
 
Lakin “Deloitte” analitiklərinin fikrincə, bu müqavilələrin təsirini yalnız növbəti ilin hesabatında dəyələndirmək olacaq. Onlar Türkiyə Liqasının növbəti ildə Avropanın ən zəngin milli liqaları arasında 6-cı yeri tutacağını proqnozlaşdırırlar.
 
8. Niderland Çempionatı
 
 
2017-2018 mövsümünün gəliri: 495 mln avro 
 
Niderland klublarının uğursuzluğu yeni islahatların müzakirəsinə stimul oldu ki, bu da milli futbolda vəziyyəti yaxşıya doğru dəyişə və ölkənin UEFA reytinqində 8-ci yeri tutmağına gətirib çıxara bilər. Lakin buna gəlirləri daha effektli idarə, gənc istedadların inkişaf etdirilməsi, yarışların formatının dəyiişdirilməsi və reklamın artırılması da zəmin yaratmalıdır. (oxu.az)
16 Fevral 2024 "Qarabağ" "Braqa"nı səfərdə məğlub etdi
01 Dekabr 2023 UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda üz-üzə gələcək "Molde" (Molde) və "Qarabağ"ın start heyətləri bəlli olub.
01 Dekabr 2023 "Qarabağ" Norveçdə son dəqiqələrdə sevindi
03 Sentyabr 2023 İkardidən dubl, “Qalatasaray”dan qələbə - Video
02 Sentyabr 2023 Premyer Liqa: Lider "Qəbələ"nin, "Neftçi" "Sumqayıt"ın qonağı olacaq
15 May 2023 3 məşhur futbolçu millət vəkili seçildi
06 Aprel 2023 İyirmi səkkiz cüdoçumuz Avropada
14 Fevral 2023 Abşeron Olimpiya Kompleksində keçirilmiş əlbəyaxa döyüş növləri üzrə Respublika Turnirinin qalibləri müəyyən olundu -Fotolar
11 Fevral 2023 Abşeron Olimpiya Kompleksində əlbəyaxa döyüş növləri üzrə möhtəşəm Respublika Turniri keçiriləcək
27 Dekabr 2022 Mədət Quliyev nazirliyin tədbirinə qolusarğılı gəldi - Fotolar +Yenilənib
19 Dekabr 2022 DÇ-2022-nin ən yaxşı bombardiri odur
19 Dekabr 2022 Makron Mbappeyə belə təsəlli verdi
05 Dekabr 2022 İngiltərə Fransaya rəqib oldu
22 Noyabr 2022 DÇ-2022: Messi Səudiyyə Ərəbistanı millisinin qapısına ilk qolu vurdu - YENİLƏNİR
19 Noyabr 2022 “Qartal” idman klubuna yeni vitse-prezident təyin olundu -Fotolar
24 Oktyabr 2022 UEFA "Qarabağ" futbol klubundan reportaj hazırladı - VİDEO
24 Oktyabr 2022 “Universal Döyüş”çülərimiz Dünya Kubokunda yüksək nəticələr əldə ediblər -Fotolar
17 Oktyabr 2022 “Universal Döyüş”çülərimiz növbəti Avropa çempionatında
02 Sentyabr 2022 UEFA "Qarabağ"a böyük məbləğdə ödəniş edib
16 Avqust 2022 İslamiada: Elmar Qasımov finala yüksəlib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov