Bakıda keçirilən “Formula 2” yarışında qəza olub.
Bizimaz.az Report-a istinadən xəbər verir ki, “Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxerin bolidində yanğın baş verib. Lakin alov dərhal söndürülüb və o, yoluna davam edib.
Qeyd edək ki, oğul Şumaxer ötən mövsüm “Formula 3”ün qalibi olub. O, cari çempionatda İtaliyanın “Prema Racing” komandasının heyətində “Formula 2”də yarışır.