Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında daha bir idmançımız erməni rəqibini məğlub edib.
Bizimaz.az xəbər verir ki, yunan-Roma güləşçimiz Orxan Nuriyev (-97 kq) mübarizəyə start verib.
O, 1/8 finalda Artur Şahinyanla (Ermənistan) qarşılaşıb. İdmançımız ötən Avropa çempionatının bürünc mükafatçısı üzərində inamlı qələbə qazanaraq (3:0) 1/4 finala vəsiqə qazanıb.
Xatırladaq ki, bu gün Bakı vaxtı ilə saat 19:00-dan etibarən Taleh Məmmədov (-63 kq) bürünc medal uğrunda görüşdə Slavik Qalstyanla qarşılaşacaq.
Qeyd edək ki, bundan əvvəl Hacı Əliyev, Ağahüseyn Mustafayev və İslam Abbasov erməni idmançıları məğlub ediblər.