UEFA Avropa Liqasının final oyunu zamanı bileti olanlar və akkreditasiyadan keçmiş mətbuat nümayəndələri ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcəklər.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun hesabat konfransında deyib.
O bildirib ki, final oyunu ilə əlaqədar 20 min azarkeşin hava yolu ilə ölkəmizə gələcəyi gözlənilir.
Xatırladaq ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.