Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörən istefa verib.
Bizimaz.az : Oxu.Az xəbər verir ki, TFF İcraiyyə Komitəsinin bu gün keçirdiyi iclasda o, prezident vəzifəsindən ayrılıb.
TFF İcraiyyə Komitəsinin qərarına görə, iyun ayındakı seçkilərə qədər quruma rəhbərliyi müvəqqəti olaraq Hüsnü Gürəli edəcək.
Yıldırım Dəmirörən isə bu qərarını Türkiyənin bukmeyker kontoru İDDAA və Misli.com-un Dəmirörən Holdinqin tərkibinə keçməsi ilə əlaqələndirib. O bildirib ki, bu qurumların onun holdinqinin tərkibinə keçməsi ilə TFF prezidenti kimi qalması söz-söhbətlərə səbəb ola bilər və bu səbəbdən istefa verir. Həmçinin, o, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğana yeddi il ərzində TFF-yə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, əvvəl “Beşiktaş”ın prezidenti olmuş Yıldırım Dəmirörən 2012-ci ilin fevralın 26-dan TFF rəhbəri idi.