Təyyarə qəzasında həlak olan futbolçu Emiliano Salanın dəfn mərasimi keçirilib.
Bizimaz.az xəbər verir ki, dəfn mərasimində futbolçunun ailə üzvləri ilə yanaşı, futbol ictimaiyyəti, böyüdüyü Proqreso şəhərinin sakinləri də iştirak edib.
Cənazə mərasimindən sonra mərhum futbolçunun yaxın qohumu Martin Qattinin verdiyi açıqlamalar rezonans doğurub. Belə ki, Qatti futbolçunun öldürülmüş ola biləcəyini iddia edib.
“Bu bir qəza deyil. Emiliano öldürülmüş ola bilər. Ailəsi də eyni şəkildə düşünür. Uyğunsuzluqlar var. Hadisə yenidən araşdırılmalıdır. Məhkəmə bunu araşdırsın. Belə qurtara bilməz. Hadisə “təyyarə qəzaya uğradı, iki nəfər öldü” şəklində qiymətləndirilə bilməz. İmzalanan müqavilədən sonra Salanı o təyyarəyə mindirən, təyyarəni və pilotu təşkil edən şəxslər də araşdırılmalıdır. İşin içində pul olduğu zaman başqalarının həyatına məhəl qoymayacaq insanlar var”, - Qatti bildirib.