Azərbaycan Kikboksinq Federasiyasının idmançısı, dünya çempionu, “Tank” ləqəbli məşhur kikboksçu Xəyal Əhmədov 2019-ci ilin mart ayının 23-də Almaniyanın Bohum şəhərində növbəti döyüşünə çıxacaq.
Bizimaz.az bildirir ki, Bununla bağlı Axar.az-a açıqlama verən idmançı rəqibinin təcrübəli olduğunu deyib.
“Rəqibim Marsel Hoffmann adlı təcrübəli idmançıdır. Uzun zamandır ki, yarışa ciddi şəkildə hazırlaşıram. Bilirəm, çətin döyüş gözləyir. Vətənə qələbə ilə qayıdacağam. Bu gün vətənimin adını uca tutmaq, müqəddəs üçrəngli bayrağımızı ucaltmaq ən böyük amalım və istəyimdir. Hər yarışa bu arzularla çıxıram. Bu dəfə buna nail olacağıma inanıram”, - deyə X.Əhmədov qeyd edib.