Xəbər lenti



İranın Qərbi Azərbaycan əyalətində sərhəd patrul helikopteri qəzaya uğrayıb.

 

Bu barədə “Mehr” agentliyi əyalətin sərhəd xidmətinin rəhbəri Fərdin Piriyə istinadən məlumat yayıb.

Hadisə İran-İraq sərhədi yaxınlığında yerləşən Urmiyada baş verib. İnsidentin təfərrüatı barədə məlumat verilmir.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər həyatını itirib, üç nəfər yaralanıb. Şahidlər qəza yerinə onlarla təcili tibbi yardım maşının səfərbər olunduğunu bildirib. Bundan başqa, Urmiya qubernatorunun da ərazidə olduğu bildirilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov