Xəbər lenti

"Türkiyə "F-35" proqramından çıxarılsa..." - ABŞ-dan KRİTİK AÇIQLAMA
 

“Türkiyə “F-35 Lightning II” döyüş təyyarələrinin istehsal proqramından çıxarsa, ciddi problemlərlə qarşılaşacağıq”.

 

Bizimaz.az xəbər verir ki, bunu proqrama sədrlik edən ABŞ ordusunun admiralı Matyas Uinter deyib.

Konqresin Nümayəndələr Palatasında ABŞ-ın daxil olduğu proqramlarla bağlı brifinqdə çıxış edən admiralın sözlərinə görə, Türkiyə proqramdan çıxarılarsa, külli-miqdarda maddi kompensasiya ödməklə yanaşı, proqramın bitmə zamanında ciddi problemlər yaşanacaq: “Bu vəziyyətdə, iki il ərzində 50-75 arası daha az qırıcı istehsal edəcəyik. Bundan başqa, hər ildə 90 gün itirəcəyik”.

Admiral qeyd edib ki, Türkiyənin proqramdan çıxarılması kimi bir vəziyyət müzakirə mövzusu ola bilməz.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov