Xəbər lenti

 

Aprel döyüşlərində ordudakı satqınlar istisna olunmaqla, bütün şəxsi heyət tərəddüd etmədən döyüşə atılıb.

 

Bizimaz.az:  bu sözləri müdafiə naziri Zakir Həsənov AZTV-yə müsahibəsində deyib. 

“Biz ordudakı satqınları üzə çıxardıq. Bir əsgər, zabit və generalda tərəddüd yox idi. Döyüş çətin idi, çünki döyüş düşmənlə birbaşa təmasda gedirdi. Elə yerlər vardı ki, düşmənlə aramızda 50 metr məsafə vardı”.

O bildirib ki,  Aprel döyüşlərinin dördüncü günündə Ermənistan ordusu bir istiqamətdə hücuma keçmək istəsə də, bunun nəticəsi olmadı:

“Azərbaycan Aprel döyüşlərdində bir tank itirib, o da minaya düşmüşdü. İndi onu bərpa etmişik. Ermənistan ordusu isə 33 tank, 15 top itib. Azərbaycan isə cəmi bir top itirmişdi. Ermənistan ordusunun 300-dən çox şəxsi heyəti məhv edilib. Minə yaxın düşmən əsgəri yaralanıb. Yəni onlar üçün nəticə faciəvi oldu”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov