Xəbər lenti



Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, gene­ral-polkovnik Elçin QuliyevDövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın “Qazax” sərhəd dəs­tə­sinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəaliyyətini yox­la­yıb.

 

Bizimaz.az: DSX-nin Mətbuat Mərkəzindən  verilən məlumata görə, Azərbaycan Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının yerinə ye­tirilməsi istiqa­mətində həyata keçirilən tədbirlərin icra və­ziy­yəti, “Qazax” sərhəd dəstəsinin xid­­mə­ti əra­­zisindəki əməliyyat şəraiti, ərazi müdafiə­sinin və sər­həd mü­hafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqın­da məru­zələr dinlənilib.

Düşmənin mümkün təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş səngərlərində müdafiə mövqelərinin möhkəmləndirilməsi, müqabil ərazidə aparılan işlərə adekvat olaraq ərazidə mühəndis-isteh­kam tədbirlərinin gücləndirilməsi üzrə tapşı­rıq­lar verilib.

Qazax və Ağstafa rayonlarında ərazi müdafiəsinin təkmilləş­diril­məsi, müasir sər­həd müha­fi­zə infrastrukturunun yaradılması, sərhəd ko­mendantlıq­la­rında və sər­həd döyüş məntəqə­lə­­rin­də ye­ni xidməti binaların və əsgər ka­zarmalarının inşa edilməsi, sərhəd döyüş mən­tə­qələrinə yeni yolların sa­lınması, sənaye işığının və qaz xətlərinin çə­kilməsi məqsədilə görü­lən işlərə baxış ke­çirilib, bu fəaliyyətin daha da genişləndirilməsi və intensivliyinin yük­səldilməsi üzrə göstərişlər ve­ril­ib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov