Xəbər lenti

Azərbaycanın işğal edilmiş ərazilərində ermənilər arasında siyasi qarşıdurma güclənib.

 

Bizimaz.az xəbər verir ki, Sasna Çrer Partiyası Qarabağın Ermənistana birləşdirilməsi üçün başlatdığı kampaniya çərçivəsində artıq 230 imzanın toplandığını açıqlayıb. Lakin onların bu kampaniyası separatçı rejimin “parlamentində” təmsil olunan üç partiya tərəfindən etirazla qarşılanıb.

Separatçı rejimin “parlamentində” təmsil olunan “Azad Vətən”, “Daşnaksutyun” və “Artsax (Dağlıq Qarabağ - red) demokrat partiyası” imzatoplama kampaniyasına qarşı birgə bəyanatla çıxış ediblər.

“Bəzi siyasi qruplar və ayrı-ayrı şəxslərin son zamanlar fəaliyyəti siyasi nəzakət sərhədini keçir, “bizim xalqımızın” “müstəqil dövlət” yaratmaq əməyinə məhəl qoyulmur”, - deyə bəyanatda bildirilir.

Lakin bəzi ermənilər Sasna Çrerin kampaniyasına açıq dəstək verib. Hazırda Qarabağın Ermənistana birləşdirilməsi, yaxud birləşdirilməməsi ilə bağlı ciddi qarşıdurma yaşanır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov