Bizimaz.az xəbər verir ki, bu sözləri Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabanda bildirib.
Onun sözlərinə görə, Silahlı Qüvvələrin keçən il Naxçıvanda aparılan uğurlu əməliyyat nəticəsində Günnüt yaşayış məntəqəsi işğaldan azad edilib.
Baş nazir ələvə edib ki, ötən il Azərbaycanın müdafiə sənayesi müəssiəsəlrində 1200 növə qədər 250 milyon manat dəyərində məhsul istehsal edilərək sifarişçilərə çatdırılıb. Bu müəssisələrdə istehsal olunun 120 milyon manatlıq məhsul ixrac edilib.
Novruz Məmmədov qeyd edib ki, keçən il cəmiyyətin müxtəlif təbəqələri tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 8,4 milyon manat pul köçürülüb, Fonddakı vəsaitlərin ümumi həcmi 96,8 milyon manata çatıb.
Baş nazir vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təmin edilməsi, habelə şəxsin heyətin döyüş əhvalının hansı səviyyədə olduğu 2018-ci ildə Bakıda keçirilən iki hərbi paradda nümayiş etdirilib.