Xəbər lenti

SON DƏQİQƏ: Hindistan Pakistan təyyarəsini MƏHV ETDİ - Nüvə müharibəsinin bir addımlığında
 

Hindistanın hərbi hava gücləri bazar günü Pakistanın ərazisindən buraxılmış pilotsuz uçuş aparatını məhv edib.

 

Bizimaz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda NDTV telekanalı bildirib.

Telekanalın məlumatına görə, Hindistan daha əvvəl Pakistana məxsus üç pilotsuz təyyarəni vurub.

Qeyd edə ki, iki qonşu dövlətin münasibətlərində gərginlik son həftələr ərzində əhəmiyyətli dərəcədə kəskinləşib. Fevralın 14-də Hindistanın Kəşmir ştatında hərbi polis kolonuna hücum nəticəsində 45 nəfərin ölməsi gərginliyin əsas səbəbi olub.

Ötən həftə isə Pakistan və Hinsdistan növbəti dəfə müharibənin bir addımlığına gəldi. Fevralın 27-də Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin iki təyyarəsinin məhv edildiyini açıqladı. Hindistan isə Pakistanın bir qırıcısını vurdu.

Qarşıdurmanın əsas səbəbi isə müsəlman çoxluğun yaşadığı Kəşmir bölgəsidir. Cammu və Kəşmirin ştatlarında müstəqillik və ya Pakistana birləşməni dəstəkləyən separatçılar aktiv fəaliyyət göstərirlər. Nyu-Dehli İslamabadı silahlı separatçılara dəstək verməkdə ittiham edir. İslamabad isə bu ittihamları rədd edir və bildirir ki, Kəşmir sakinləri öz hüquqları uğrunda müstəqil mübarizə aparırlar.

Ekspertlər iki dövlət arasında növbəti müharibə ehtimalını yüksək qiymətləndirirlər. Və bu qiymətləndirmənin kifayət qədər əsasları və tarixi kökləri var. Pakistan və Hindistan arasında Kəşmir üstündə artıq 1947-1949, 1965, 1972 və 1999-cu illərdə müharibə baş verib. Növbəti müharibənin baş vermə ehtimalı da bu baxımdan, ciddi qəbul edilməlidir. Ancaq növbəti bir müharibənin daha qanlı və amansız olacağı şübhəsizdir, çünki ötən illər ərzində ordularının arsenalına daha müasir və dağıdıcı silahlar daxil edilib. Əlavə edək ki, hər iki dövlət nüvə silahına malikdir. Analitiklər hesab edir ki, ölkələr arasında genişmiqyaslı hərbi qarşıdurma faciəli nəticələr doğura bilər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov