Rusiya və ABŞ 2014-2018-ci illərdə həyata keçirilən silah ixracında liderlik edir. “Qafqazinfo” xəbər verir ki, bu barədə Stokholm Dünya Problemləri Araşdırmaları İnstitutunun (SIRPI) hesabatında qeyd olunub.
Bizimaz.az: Məlumata görə, Rusiya silahının Hindistan və Venesuela tərəfindən alqı-satqı prosesi azaldığından bu göstərici 2009-2013-cü illərlə müqayisədə 17% azalıb. Belə ki, Rusiyadan Venesuelaya silah ixracatı 96%-ə qədər, Hindistana isə 42%-ə qədər azalıb.
Rusiya ümumilikdə dünyanın 48 ölkəsinə silah satıb ki, bunun 55%-ni Hindistan, Çin və Əlcəzair təşkil edir.
ABŞ-dan silah ixracı 2009-2013-cü illərlə müqayisədə 30%-dən 36%-ə yüksəlib. Amerikadan əsasən Yaxın Şərq ölkələri silah alıb (52%).
Silah ixracında liderlik edən digər 3 ölkə isə Fransa, Almaniya və Çindir.