Türkiyə ordusunun keçirdiyi “Mavi Vətən–2019” təlimləri çərçivəsində “TCG Kamal rəis” freqatı və “TCG İ.İnönü” sualtı qayığı Bolqarıstanın Varna limanına daxil olub.
Bizimaz.az xəbər verir ki, bu barədə Türkiyənin Sofiyadakı səfirliyindən informasiya yayılıb.
“Təlimlərə cəlb olunan qüvvələr tərəfindən 3 dənizdə 33 ölkədaxili və 7 xarici liman daxil olmaqla, ümumilikdə 40 liman ziyarəti həyata keçirilir”, - məlumatda bildirilib.
Qeyd edək ki, təlimlər martın 8-nə qədər davam edəcək.