Bizimaz.az xəbər vevrir ki, “Sputnik” agentliyinə danışan erməni eksperti David Arutyunovun sözlərinə görə, təlimlərə Dağlıq Qarabağ münaqişəsini nəzərə alaraq, Rusiya və Ermənistana təzyiq elementi kimi baxmaq olar.
“Türkiyə bir çox ölkələrlə hərbi sferada əməkdaşlıq edir, bu onların strategiyasıdır. Digər tərəfdən, müəyyən geosiyasi kontekstin mövcudluğu haqqında danışmaq olar”, - o deyib.
Türkiyə Suriya haqqında Rusiyayla, xüsusi halda təhlükəsizlik zonalarına nəzarət və kürd məsələsi üzrə mürəkkəb sövdələşmələr apardığını deyən erməni eksperti 2016-cı il aprel müharibəsinin kəskin Rusiya-Türkiyə qarşıdurması fonunda başlandığını iddia edib.