Xəbər lenti

Yaxın Şərq ölkələri Rusiyanın Pantsir-ME zenit raket kompleksinin dəniz versiyasına maraq göstərirlər.

 

Bizimaz.az xəbər verir ki, bunu TASS-a açıqlamasında “Rostex”in beynəlxalq əməkdaşlıq və regional siyasət üzrə direktoru Viktor Kladov deyib. O, hələlik bu komplekslə bağlı heç bir müqavilənin imzalanmadığını, Pantsir-ME-nin Pantsir-S1 kimi perspektivi olduğunu bildirib.

Qeyd edək ki, Pantsir-ME ilk dəfə bir neçə gün öncə Əbu-Dabidəki İDEX-2019 hərbi-texniki sərgisində nümayiş etdirilib. Belə ki, 20 kilometr məsafədə hədəfi məhvetmə qabiliyyətinə malik komplekslərin bütün növ gəmilərə quraşdırılması imkanlarının olduğu vurğulanıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov