Türkiyənin jandarm qüvvələri və jandarm xüsusi təyinatlılarının şərqi və cənub-şərqi Anadolu bölgəsində keçirdiyi əməliyyatlar zamanı 72 terrorçu zərərsizləşdirilib.
Bizimaz.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi informasiya yayıb.
Məlumata görə, -30 dərəcə temperaturda jandarm qüvvələri 10 659 əməliyyat yerinə yetirib. Bu əməliyyatlar zamanı terrorçulara məxsus çox sayda silah-sursat, sığınacaq və anbar aşkar edilərək məhv edilib.